İki uşaq anası, 19 yaşlı qadın intihar etdi

KRİMİNAL 20 oktyabr 2024, 19:12
Lənkəranda intihar hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə bu gün Lənkəran rayonunun Osaküçə kəndində qeydə alınıb.

Belə ki, iki uşaq anası olan 2005-ci il təvəllüdlü Elnurə İsfəndiyar qızı Qurbanova yaşadığı mənzildə ölü tapılıb.

E. Qurbanovanın dərman içərək intihar etdiyi bildirilir. İki gün bundan əvvəl Bakı şəhərindən kəndə qayıdan gənc xanımın hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top