Rəşad Nəbiyev və Hafiz Paşayev “TEKNOFEST Azərbaycan”ın qalibi olan komanda ilə görüşdülər

İKT 09 iyn 2022, 15:52
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ADA Universitetinin rektoru, professor Hafiz Paşayev “TEKNOFEST Azərbaycan”ın qalibi olan komanda ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə nazir özünün “Facebook” hesabında məlumat verib.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Sosial yönümlü texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə birinci yerin qalibi ADA Universitetinin “FingerTalk” komandası olub. Universitetin rektoru, professor Hafiz Paşayevlə birlikdə komanda üzvləri ilə görüşdük. Gəncləri bir daha təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladıq”, - deyə nazir əlavə edib.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top