Selçuk Bayraktar: "Teknofest" yenidən Azərbaycanda keçirilə bilər"

İKT 02 may 2025, 17:49
"Teknofest" Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.

Demokrat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Teknofest"in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.

"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci "Teknofest" həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır", - deyə S.Bayraktar əlavə edib.

Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci "Teknofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top