YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Asena məşhur iş adamı ilə evləndiyini açıqladı

Asena məşhur iş adamı ilə evləndiyini açıqladı

Türkiyəli rəqqasə Asena uzun müddətdir münasibətdə olduğu iş adamı Kani Kudu ilə ailə qurduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, o, bu barədə Hande Arasın aparıcılığı ilə yayımlanan "NR1 Magazin" proqramında danışıb.

Asena bildirib ki, cütlüyün nikahı artıq rəsmiləşib və onlar bunu uzun müddət ictimaiyyətdən gizli saxlayıblar.

"Mənim həyat yoldaşımla rəsmi nikahımız var. Öz aramızda nikah mərasimimizi keçirtdik", – deyə o bildirib.

Proqramda həyat yoldaşından da bəhs edən tanınmış rəqqasə Kani Kudu haqqında xoş sözlər söyləyib:

"Mənim ərim qadınları yaxşı anlayır. Çox zövqlü və dürüst insandır".