YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Arka Sokaklar"ın Zelişindən şəxsi həyatı ilə bağlı açıqlama: Sevgilisi var?

Arka Sokakların Zelişindən şəxsi həyatı ilə bağlı açıqlama: Sevgilisi var?

Türkiyəli aktrisa Yüsra Geyik şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, "Arka Sokaklar", "Camdaki Kız", "Aile" və "Taş Kağıt Makas" kimi seriallarla tanınan aktrisa jurnalistlərin suallarını cavablandırıb.

Uzun illər "Arka Sokaklar" serialında Zeliha Çoban obrazını canlandıran Yüsra Geyikdən sevgi həyatı ilə bağlı soruşulub. Aktrisa qəlbinin boş olub-olmaması barədə suala konkret cavab verməyib. O, şəxsi həyatını diqqət mərkəzində saxlamağı sevmədiyini bildirib.

Geyik bəzi məkanlarda görünə bildiklərini, lakin şəxsi həyatını nümayiş etdirmək üçün xüsusi cəhd göstərmədiklərini vurğulayıb.

Aktrisa evlilik barədə suala da münasibət bildirib. Onun sözlərinə görə, bu, əvvəlcədən planlaşdırılacaq məsələ deyil:

"Evlilik planlaşdırılacaq bir şey deyil. Qismət olsa, doğru insanla, doğru zamanda olsun. Bu, istəmədiyim bir şey deyil".

Qeyd edək ki, Yüsra Geyik 15 mövsüm ərzində "Arka Sokaklar" serialında Zeliha Çoban obrazına həyat verərək geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.