"Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"

İKT 02 may 2025, 15:35
"Təhlillərimiz onu göstərir ki, "Global Media Group"a məxsus olan media qurumlarına hücumlar Rusiyaya məxsus qruplar tərəfindən həyata keçirilib".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov fevralın 20-də bir sıra media resurslarına hücumlarla bağlı danışarkən deyib.

O qeyd edib ki, hücum texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilib:

"Ümumi hücumları Rusiyaya bağlı qruplar etmişdilər. Onlar yalançı bayraqlardan istifadə edərək fikir yayındırmağa çalışırdılar. Təəssüf ki, bu da Azərbaycanla Rusiya arasındakı əlaqələrə kölgə salırdı". (Oxu.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top