Bakının Səbail rayonunda 2003-cü il təvəllüdlü Yusif şəxsi münasibətlər zəminində tanışı Raufu bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 4 oktyabr 2021-ci ildə, gecə saat 01.20-də “Xaqani bağı” adlanan parkda baş verib. Yusif həmin parkda tanışı Rauf ilə görüşüb və Raufun onunla zarafat etməsi nəticəsində onu bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Yusifin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Yusifin barəsində olan cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yasif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Raufu təxminən 4 ildir tanıyır: “Mən evin tək övladıyam. Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydiyyatda olsam da, hazırda Səbail rayonu, Nizami küçəsində nömrəsini bilmədiyim ünvanda dostum Saşa ilə birlikdə yaşayıram”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilə kimi Hövsan qəsəbəsində yerləşən 76 nömrəli tam orta məktəbdə təhsil alıb: “9-cu sinfi bitirdlikdən sonra isə təhsilimi davam etdirmədim. Təxminən bir ildir ki, ailə daxili məsələlərə görə anamdan ayrı tək yaşayıram”.
Yusif qeyd edib ki, oktyabrın 3-də, təxminən saat 23.00-da Səbail rayonu, Nizami küçəsində bir qədər gəzib: “Oktyabrın 4-də, təxminən saat 01.20-da “Malakan” bağının içərisində tanışım Raufun təxminən 7 nəfər tanışı ilə birlikdə dayandığını gördüm. Rauf ilə görüşdüm. Rauf mənimıə görüşüb, məni qucalayarkən bel nahiyəmdə şalvarın arxa hissəsinə qoymuş olduğum bıçağın olduğunu hiss etdi. Həmin vaxtı Rauf bildirdi ki, bu bıçaqla kimisə vura bilmirsənsə, nə üçün bıçağı üzərində gəzdirirsən? Həmin vaxtı özümdən asılı olmayaraq sağ həmin bıçağı şalvarımın arxa hissəsindən çıxardım Rauf tərəf apardım. Həmin vaxtı Rauf əli ilə bıçağı tutmaq istədi. Özüm də gözləmədiyim halda bıçaq Raufun sol budunun ön nahiyəsinə dəydi. Həmin vaxtı Raufun sol budundan qan gəldiyini gördüm, ətrafdakı şəxslərdən mayka vermələrini istədim ki, qan axmasının qarşısını almaqdan ötrü Raufun budunu bağlayıb. Həmin vaxtı Raufun tanışları mənə mayka verdilər. Raufun dostlarının köməkliyi ilə onun sol bud nahiyəsini bağladıq. Həmin vaxtı polis əməkdaşları hadisə yerinə yaxınlaşdı və bizi 39-cu polis bölməsinə dəvət etdilər. Polis bölməsində hadisə vaxtı istifadə etdiyim bıçağı polis əməkdaşlarına təhvil verdim”.
Yusif 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az