İmişlidə gənc oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə oldu — TƏFƏRRÜAT

KRİMİNAL 21 sen 2020, 13:36

İmişli rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan gəncə cinayət işi açılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, İmişli rayon sakini Xanhüseyn Xanlar oğlu Ağayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.


Xanhüseyn Ağayevin barəsində olan cinayət işi baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Ülvi Qənbərovun icraatına verilib.


Yaxın günlərdə məhkəmə başlanacaq.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top