Şabranda narkotik vasitələrin təsiri altında olan sürücü və sərnişin saxlanıldı

KRİMİNAL 20 dek 2021, 18:55
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYP) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Belə ki, Xızı rayon sakini Zamin Abdullayevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Şabran rayonu ərazisində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. 
Polis əməkdaşları tərəfindən sürücünün, eləcə də  avtomobildə olan sərnişinlər Elxan Abbasov və Ceyhun Məmmədovun narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr yaranıb. Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Sürücü və E.Abbasovun narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib. 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top