Azərbaycanın yunan-Roma güləşçisi tarixə düşdü

İDMAN 10 okt 2021, 00:19
Norveçin paytaxtı Oslodakı dünya çempionatında qazandığı bürünc medal Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçün əlamətdar olub.

Demokrat.az xəbər verir ki, 55 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı güləşin bu növü üzrə Avropa və dünya çempionatlarında əldə etdiyi mükafatların sayını 8-ə çatdırıb.

Bu, Azərbaycanın yunan-Roma güləşçiləri arasında ən yüksək göstəricidir.

Qeyd edək kiI, Eldəniz Əzizli 2018-ci ildə həm Avropa, həm də dünya çempionu olub. Onun aktivinda 2 dünya və 4 Avropa üçüncülüyü də var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top