Astarada gəlinlər arasında dava düşdü — Biri bıçaqlanaraq öldürüldü

KRİMİNAL 08 okt 2021, 14:08
Astara rayonunda gəlinlər arasında dava düşüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə qayını arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top