İmişlidə 33 yaşlı kişi qətlə yetirildi

KRİMİNAL 18 sen 2021, 08:56
İmişlidə qətl hadisəsi törədilib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Cahar kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top