Bakıda şok olay: 31 yaşlı kişi 8 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdi — Təfərrüat

KRİMİNAL 19 may 2021, 10:30
Bakının Xəzər rayonunda Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Fuad azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fuad öz cinsi ehtirasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin içərisində 2013-cü il təvəllüdlü Vahidəyə (ad şərti verilib – red.) qarşı zor tətbiq etmədən sonuncunu yataq otağına aparıb, çarpayının üzərinə uzadaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Fuadın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

Fuadın barəsində olan cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Tərlan Əkbərovun sədrliyi ilə araşdırılıb.

“Yanaqlarından və boynundan öpməyə başladım”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Lerik rayonunun Noda kəndində pasport qeydiyyatında olsa da, 2006-cı ildən Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur:  “Həmin tarixdən Rahibgilin (cinayət işində adı keçən zərərçəkmiş şəxsin ailə üzvlərinin də adı şərti verilib – red.) ailəsi ilə qonşu olub: “Münasəbətlərimiz çox yaxşı olub, hətta bir-birimizin evinə ailəvi gediş-gəlişlərimiz olub. 2020-ci il tarixdə saat təqribən 10.00-da həyat yoldaşım zəng edərək Rahibin həyat yoldaşı Rahiyyənin zəng edib, evdə olmadıqlarını, övladları Aydan və Vahidənin evdə tək olduqlarını, evə çörək alan zaman onların da evinə 2 ədəd çörək almağımı xahiş etməsini dedi. Həmin vaxt Binə qəsəbəsində olmuşam. İki ədəd təndir çörəyi alaraq Rahibin evinə getdim. Qapını döydüm və qapını Aydan açdı. İçəri daxil olaraq çörəkləri otaqda olan stolun üstünə qoydum və Aydana dedim ki, “evi təmiz saxla, orada yemək var, onu qızdır”. Bundan sonra Vahidəyə yaxınlaşdım, onu qucağıma aldım və onunla birlikdə digər otağa keçdim. Aydan da içəri keçdi. Lakin Aydana dedim ki, otaqları təmizləsin, anası gəlib deyinəcək. Aydan otaqdan çıxdı. Vahidəni yataq otağında olan çarpayının üstündə uzadaraq yanaqlarından və boynundan öpməyə başladım”.

“Tələb etdi ki, evini sat, bu ərazidən get”

Fuadın sözlərinə görə, təqribən 4-5 dəqiqə orada olduqdan sonra onlara yemək yemələrini deyib və oradan gedib: “Həmin günün axşamı Rahib məni öz evlərinə çağırdı və dedi ki, belə bir məsələ var. Vahidə evdə deyib ki, guya onu yataq otağında uzadaraq öpmüşəm və özünü ona sürtmüşəm, uşağın şalvarını və köynəyini çıxartmışam. Rahibə “Vahidəni yataq otağında uzadıb öpmüşəm, lakin şalvarını və köynəyini çıxartmamışam, nə də ki, ona özümü sürtməmişəm” deyə bildirdim. Bundan sonra Rahib tələb etdi ki, evini sat, bu ərazidən get. Rahibin evindən çıxdım və öz evimə gələrək olanları danışdım. Həyat yoldaşım Rahibgülin evinə getdi və onlara bildirdi ki, belə bir hadisə ola bilməz”.

“Əzizləmək mənasında öpmüşəm”

Hazırkı açıq məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsindən imtina edən Fuad əsil həqiqəti məhkəməyə söylədiyini dilə gətirib. Bildirib ki, polis idarəsində ona təzyiqlər edilib: “Həmin cinayət əməlini etiraf etməm tələb edilib və ibtidai istintaq zamanı törətmədiyim cinayəti etiraf etməyə məcbur edilmişəm. Orada mənə edilmiş təzyiqlər barəsində heç kimə şikayət etməmişəm. Bir daha bildirəm ki, Vahidə ilə aramızda heç bir cinsi əlaqə və yaxud digər bir intim münasibət olmayıb. Özümün bir azyaşlı oğlu var, qızı isə yoxdur. Sadəcə olaraq qız ovladlarının, o cümlədən Vahidənin xətrini çox istədiyimdən onu öz balam kimi əzizləmək mənasında öpmüşəm”.

“Əxlaqsız hərəkət etməmişəm”

Fuadın sözlərinə görə, onun ailəsinin Vahidəgilin ailəsi ilə münasibətləri həmişə yaxşı olub: “Aramızda düşmənçilik və ədavət olmayıb. Vahidə azyaşlı uşaqdır, nə danışdığını qavramaya da bilər. Vahidə mənə həmin gün ad gününün olacağını, anasının bu münasibətlə tort hazırlayaraq yataq otağındakı kamodun üstündə qoyduğunu bildirdiyi və mənə həmin torta baxmağı dediyi üçün, torta baxmaqdan ötrü Vahidəni qucağıma götürərək yataq otağına aparmışam. Torta baxdıqdan sonra onu çarpayının üzərinə uzadaraq qucaqlayıb təbrik mənasında öz balam kimi xoş niyyətlə yanaqlarından öpmüşəm. Başqa heç bir əxlaqsız hərəkət etməmişəm”.

“Ailəvi dost idik”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vahidə bildirib ki, ailə üzvləri ilə birlikdə Binə qəsəbəsi Südçülük sovxozunda yaşayır: “Heç bir məktəbdə və bağçada oxumuram. Ailəmiz atam, anam, bacım, qardaşım və özümdən ibarətdir. Anam və atam işə gedəndə bacım ilə evdə tək qalırdım. Aradabir qonşularımız bizə baş çəkirdi. Fuad bizim qonşusumuzdur, ailəvi dost olmuşuq. Fuadgil tez-tez bizə gəlirlərdi, biz də eyni zamanda Fuadgilə qonaq gedirdik”.

“Bacım da getdi”

Zərərçəkmiş azyaşlının sözlərinə görə, hadisə baş verən günü atası və anası səhər 08 radələrində işə gediblər: “Evdə çörək az olduğu üçün anam qonşumuz Fuadın arvadına zəng edərək dedi ki, Fuad öz evinə çörək almağa gedəndə bizə də çörək alıb verər. Həmin gün günorta saatlarında Fuad evinin qapısını döydü, bacım qapını açdı. Fuad əlində iki ədəd çörək ilə evin içərisinə daxil olaraq çörəkləri otaqda stolun üstünə qoydu. Bundan sonra məni qucağına alaraq valideynlərimin yataq otağına apardı. Biz otağa daxil olduqdan sonra bacım da həmin otağa gəldi. Fuad bacıma dedi ki, get, o biri otaqları təmizlə, bacım da oradan getdi”.

“Bildirdi ki, Fuad sənin əmindir”

Samirə qeyd edib ki, bacısı gedib, otağın qapısı açıq qalıb: “Daha sonra Fuad valideynlərimin yataq otağında yerləşən çarpayının üstünə uzandırdı. Fuad mənim dodaqlarımdan bir dəfə öpdü, sonra əynimdə olan köynəyi sinəmə qədər qaldırdı və göbək nahiyəm çöldə qaldı. Fuad qarnımdan bir dəfə öpdü. Bunun ardınca isə əynimdə olan şalvarı azca aşağı çəkdi. Şalvarımı yuxarı çəkərək bildirdim ki, mən acam, yemək yemək istəyirəm. Fuad məni qucağına götürərək yemək yediyimiz otağa apardı. Bacıma dedi ki, uşağa yemək ver. Bacım da mənə yemək gətirdi və Fuad  üzümdən öpərək oradan getdi. Həmin gün anam axşam evə gələndən sonra ona Fuadın məni necə öpdüyünü bildirdim. Anam ilkin olaraq mənə inanmadı. Bildirdi ki, Fuad sənin əmindir. Anama “sən işə getsən Fuad bir də bizə gəlməsin, mən ondan qorxuram”, dedim”.

“Şikayətçiyəm”

Samirənin ifadəsinə görə, Fuad ona qarşı heç bir zor tətbiq etməyib: “Məni qucağında otağa apararaq dodaq və qarın nahiyəmdən öpdü, əllərini sinə nahiyəmdə gəzdirərək əlləşdirməyə başladı. Lakin Fuad öz bədənini mənim bədənimə sürtməyib, heç öz şalvarını da çıxartmayıb. Fuad birinci dəfə mənə qarşı belə hərəkətlər edib. Fuaddan qorxuram, ondan şikayətçiyəm”.

Məhkəmənin hökmü ilə Fuad 1 il müddətinə azadlıqdan  məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top