Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələndi


HADİSƏ 15 may 2021, 20:51
Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi,eləcə də sürücülərin maarifləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər polislər tərəfindən aşkarlanaraq onlarla izahedici söhbətlər aparılıb. Edilən xəbərdarlıqlara baxmayaraq analoji qayda pozuntusuna yol vermiş bir neçə sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top