190 manat üçün yenidən qeydiyyatdan keçmək lazımdır? — Nazirlikdən AÇIQLAMA

SOSİAL 09 dek 2020, 12:58
Xəbər verdiyimiz kimi Operativ Qərargah karantin rejiminin sərtləşdirilməsi çərçivəsində 600 min nəfərə yenidən 190 manat dəyərində birdəfəlik ödəmə veriləcəyini açıqladı. Lakin ötən müddət ərzində həmin 600 min nəfər içərisində iş tapanlar və ya təmin olunanlar, həmçinin həmin vaxt işləyən bir çox vətəndaş arasında işini itirənlər olub. Belə olan halda görəsən, işsiz və işaxtaranlar üçün qeydiyyat sistemi yenidən işə salınacaqmı?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi Fazil Talıbov Yeniavaz.com-a verdiyi açıqlamada bildirdi ki, məsələ barədə açıqlama vermək üçün Nazirlər Kabinetinin qərarını gözləyirlər:

"Nazirlər Kabinetinin qərarını gözləyirik. Yəqin ki, bu detallar qərarda yazılacaq. Ondan sonra bu suallar cavabını tapacaq. Qərar çıxandan sonra açıqlama verəcəyik". 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top