
Bakının Səbail rayonunda saxlanılan şəxsdən tərkibi zərərli qatqılarla zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.
Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı saxlanılan 42 yaşlı A.Həsənov ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.