"Sodalı suyu çox yüksək miqdarda içmək təhlükəlidir. Bu halda mədədə sürətlə qaz yaranır və təzyiq artaraq hətta mədənin deşilməsinə səbəb ola bilər. Bundan başqa, orqanizmdə duzların və mineralların tarazlığı pozulur – qanın çox qələviləşməsi, duzun artması, kaliumun azalması, böyrək problemləri və tutmalar baş verə bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında pediatr Aytən Ziyadova deyib.
Həkim bildirib ki, uşaqlarda antibiotik istifadəsi də yan təsirlər yarada bilər:
"Təxminən hər 5 uşağın birində səpgilər, allergiya, ishal, qusma kimi hallar müşahidə olunur.
Ən vacib məqam odur ki, antibiotiklər virus infeksiyalarında təsirli deyil və lazımsız istifadə gələcəkdə mikrobların müqavimətini artırır. Amma əgər həkim nəzarəti ilə və ağızdan qəbul edilirsə, çox vaxt kifayət edir, damardan (IV) antibiotik verməyə ehtiyac qalmır".
Qeyd edək ki, Astarada 10 aylıq körpə sodalı su içirilməsi səbəbindən həyatını itirib.
Əfsanə Kamal
Demokrat.az