YapiKredi Müraciət Forması
Sənaye və energetika

"AzərEnerji" və Dünya Bankı nümayəndələrinin görüşü oldu

AzərEnerji və Dünya Bankı nümayəndələrinin görüşü oldu

"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev ilə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Saşa Bakesin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Demokrat.az xəbər verir ki, görüşdə AZURE layihəsinin icra vəziyyəti, ayrı-ayrı komponentlər üzrə görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər ətraflı müzakirə olunub.

Tərəflər həmçinin Azərbaycanda genişmiqyaslı bərpa olunan enerji layihələrinin elektrik şəbəkəsinə inteqrasiyası və bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və gələcək tərəfdaşlıq imkanları da diqqət mərkəzində olub.

B
Qeyd edilməyib