YapiKredi Müraciət Forması
Sosial media Texnologiya

Facebook və Instagram-ı rekord cərimə gözləyir

Facebook və Instagram-ı rekord cərimə gözləyir

Avstraliya hökuməti 16 yaşdan kiçik şəxslərə qoyulan sosial media qadağasına əməl etməyən "Facebook", "Instagram", "TikTok", "Snapchat" və "YouTube" platformalarını məhkəməyə verməyə hazırlaşır.

Rabitə naziri Anika Uellsin verdiyi məlumata görə, ölkənin eSafety Komissarlığı adıçəkilən şirkətlərə qarşı Federal Məhkəmədə iddia qaldırmaq üçün sübutlar toplayır. Qurumun iyulda dərc etdiyi hesabatda yaşın yoxlanılması mexanizmlərinin yetərsiz olduğu və 16 yaşdan kiçik istifadəçilərin hələ də rahatlıqla yeni hesab açdığı və ya mövcud hesablarını saxladığı müəyyən edilib.

2025-ci ilin dekabrından qüvvədə olan qanunvericiliyə əsasən, bu tələbləri pozan platformaları 109,2 milyon Avstraliya dollarınadək kəskin cərimələr gözləyir.

Yəni sosial media nəhəngləri yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirmədiyi üçün Avstraliyada rekord məbləğdə cərimələrlə üz-üzədir.

Bəxtiyar Umarlı
Managing Editor