Çində keçirilən ŞƏT sammitində Rusiya və Azərbaycan prezidentlərinin görüşünün baş tutmamasına səbəb Rusiya tərəfindən yox, Azərbaycan tərəfindən qaynaqlanır.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, Azərbaycan tərəfi öz mövqeyini açıq ifadə edib:
“Azərbaycan Prezidentinin bir neçə gün öncə "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə də Rusiya tərəfinin proseslərə yanaşması açıqlanmışdı. İlham Əliyev bəyan etdi ki, bizim münasibətlərimizin korlanmasının səbəbkarı birbaşa Rusiyadır və səbəbləri də göstərdi. Qeyd etdi ki, bütün bu səbəblər ortadan qaldırılmadan Azərbaycana qarşı təhdidlərin olması qəbuledilməzdir, Azərbaycan buna dözməyəcək.
Hesab edirəm ki, Rusiyanın mövqeyində ciddi dəyişikliklər baş vermədiyi üçün və təyyarəmizin vurulması ilə bağlı məsələlərdə tələb edilən addımları atmadığı üçün Azərbaycan Prezidenti bu görüşə maraq göstərməyib. Rusiya tərəfini danışıqlara hazır görmədiyi üçün bu görüşdən imtina edib”.
Cavidan Mirzəzadə
Demokrat.az