Cəlilabad rayonunda 31 yaşlı oğlan qayınatasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 6-da rayonun Günəşli kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Fərid həmin gün saat 18 radələrində kənd daxili yolda “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən onunla əks istiqamətdə “Mercedes” markalı avtomobili ilə hərəkətdə olan qayınatası Oqtayın onu təhqir etməsini əsas gətirib və aralarında yaranmış mübahisəni aydınlaşdırmaqdan ötrü zərərçəkmiş şəxsin arxası ilə hərəkətini davam etdirib.
Bir neçə dəqiqə sonra Günəşli kəndində kənd daxili yolda zərərçəkmiş şəxsin avtomobilini yolun sağ kənarında saxladığını görüb və öz avtomobilini onun avtomobilinin qarşısında saxlayıb. Kürəkən avtomobilindən düşərək qayınatasına yaxınlaşıb. O, avtomobilin sürücü qapısını açaraq qayınatasının yaxasından tutaraq onu çölə çıxarıb.
Zərərçəkmiş şəxs avtomobilinə qayıtmaq istəyərkən heç bir əsaslı səbəb olmadan onun baş nahiyəsinə qəsdən bir dəfə təpiklə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsin qızı Günellə təxminən 10 il olar evlənib və həmin zamandan etibarən Oqtayla münasibətləri yaxşı deyil: “Ötən ilin oktyabrın 6-da Cəlilabad rayonu ərazisində toy məclisində spirtli içki qəbul etdim və təxminən saat 18 radələrində yaşadığım Günəşli kəndinə qayıtdım. “Mercedes" markalı avtomobili ilə kənd ərazisində hərəkətdə olduğum vaxt qayınatamın “Mercedes” markalı avtomobili ilə hərəkətdə olmasını gördüm. Biz qarşı-qarşıya gəldik. Oqtayın avtomobildən mənə doğru baxdığını gördüm. Ona dedim ki, nə lazımdır, nəyə baxırsan. Bu zaman Oqtay avtomobilindən ünvanıma nalayiq söyüşlər söydü və hərəkətini davam etdirərək oradan uzaqlaşdı. Həmin vaxt sərxoş olduğumdan dediyi nalayiq söyüşlərə görə avtomobili ilə Oqtayın arxası ilə getməyə başladım. Oqtay yolda avtomobilini yolun sağ kənarına verərək saxladı. Mən də avtomobilimi Oqtayın avtomobilinin qarşısına verdim və orada saxlayaraq yerə düşdüm. Oqtayın avtomobilinə yaxınlaşdım. Bu zaman Oqtay avtomobildən düşərək üzərimə gəldi və sifət nahiyəmə yumruqla bir dəfə zərbə vurdu. Daha sonra avtomobilinə gedərək bıçaq götürdüyünü gördüm. Oqtay avtomobildən çıxanda onun baş nahiyəsinə təpiklə bir dəfə zərbə vurdum. Oqtay zərbənin təsirindən aşağı çökərək yerdə oturdu. Onun baş nahiyəsindən qan gəldiyini gördüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Oqtay əlində olan bıçaqla yenidən onun üzərinə gəlib: “Lakin ətrafda olan şəxslər ona mane oldu. Mübahisə daha da böyüməsin deyə dərhal avtomobilimə əyləşərək oradan uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş Oqtayın sözlərinə görə, son illər təqsirləndirilən şəxslə münasibətləri yaxşı deyil: “Oktyabrın 6-da, təxminən saat 18 radələrində özümə məxsus “Mercedes” markalı avtomobili ilə qızım və arvadımla toya getmək üçün Günəşli kəndi ərazisində hərəkətdə olduğum zaman kürəkənimin idarə etdiyi “Mercedes” markalı avtomobili ilə hərəkətdə olduğu yolda qarşımı kəsdi və idarə etdiyi avtomobildən qarşı nalayiq ifadələr işlətməyə başladı. Təqsirləndirilən şəxs dediklərinə əhəmiyyət verməyərək hərəkətimi davam etdirərək oradan uzaqlaşdım. Təxminən 5 dəqiqə sonra Günəli kəndi ərazisindəki küçələrdən birində avtomobilim ilə hərəkətdə olduğum zaman Fəridin yenidən avtomobillə arxam ilə gəldiyini gördüm. Avtomobilimi yolun sağ tərəfinə verərək saxladım ki, getsin və mənimlə işi olmasın. Fərid gələrək avtomobilimin qarşısında saxladı. Avtomobilindən düşərək mənə yaxınlaşdı və sürücü qapısını açaraq yaxamdan tutdu, məni çölə çıxardı. Bu zaman qızım və arvadım qışqıraraq dedilər ki, avtomobil gedir. Avtomobilin asta sürətlə hərəkət etdiyini gördüm və Fəridi özümdən itələyərək onun əlindən çıxdım. Avtomobilimə tərəf getdim ki, avtomobili söndürüm. Bu zaman Fərid arxadan baş nahiyəmə bir dəfə zərbə vurdu. Buna baxmayaraq avtomobilin mühərrikini söndürə bildim. Bu zaman arvadım avtomobildən düşərək qışqırdı, kömək istədi. Fərid bundan qorxaraq oradan uzaqlaşdı”.
Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 ay 10 gün müddətinə islah işləri cəzası verilib.
Fariz Məlikli
Demokrat.az