Bu şəxslərə qaz limiti ilə bağlı güzəşt edilsin! — Deputatdan TƏKLİF

SOSİAL 02 sentyabr 2025, 15:54
“Limitlərlə bağlı biz mütəmadi olaraq təkliflərimizi təqdim edirik. Bu təkliflər limitlərə differensial yanaşılması, xüsusən də təbii qazın daha çox istifadə olunduğu dağlıq rayonlarda limitlərə baxılması və dəyişdirilməsi ilə bağlıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. 



Onun sözlərinə görə, nəzərə alsaq ki, bəzi rayonlarımızda, xüsusən dağlıq ərazidə yerləşən rayonlarımızda qazdan daha çox istifadə olunur, bu da onların xərclərinə birbaşa təsir göstərir:

“Təklif ondan ibarətdir ki, həmin bölgələrdə yaşayan vətəndaşlarımız üçün daha aşağı tariflə, daha ucuz qiymətə kommunal xidmətlərin, xüsusən mavi qazın satışı həyata keçirilsin. Bu, həmin rayonlarda yaşayan vətəndaşların xərclərinin azalmasına və ailə büdcəsində vəsaitə qənaət edilməsinə səbəb ola bilər. Milli Məclisdə də bu təklifləri etmişik”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 20:25
Top