Bölgələrin gündəmini işıqlandıran yeni layihə: "YURDDAŞ" — VİDEO/FOTO

SOSİAL 02 sentyabr 2025, 16:11

Yurd.Media ölkənin bölgələrini əhatə edən yeni layihəyə başlayıb.

"Youtube" və digər sosial şəbəkələrdə yayımlanacaq “Yurddaş” verilişində regionlardakı problemlər, həllini gözləyən məsələlər, istifadə olunmayan imkanlar müzakirə olunacaq.

Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında baş tutan ilk müsahibədə deputat Razi Nurullayev ilə Azərbaycanın regionlarında su çatışmazlığı, əkin və məhsuldarlıqla bağlı problemlər, turizmlə bağlı görüləsi işlər, yas mərasimlərinin təşkili, habelə idman komplekslərinin səmərəsiz fəaliyyəti, “İmişli” futbol klubunun stadionla bağlı çətinliyi və digər məsələlər gündəmə gətirilib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top