"Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində daha bir maneə aşılmış oldu" — AÇIQLAMA

GÜNDƏM 02 sentyabr 2025, 20:45
"ATƏT-in Minsk qrupunun rəsmən buraxılması tarixi bir hadisədir. Bununla da uzun müddətdir fəaliyyət göstərməyən və fəaliyyət göstərdiyi dövrdə də münaqişənin həllinə maraq göstərməyən bir qurum ləğv edildi".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O, bildirib ki, bununla Qarabağ məsələsi rəsmən beynəlxalq gündəmdən çıxarıldı:

"Bu, Azərbaycan diplomatiyasının və ölkəmizin prinsipial mövqeyinin parlaq təntənəsi oldu. Artıq bu format üzərindən manipulyasiya etmək imkanları da aradan qalxdı və Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində daha bir maneə aşılmış oldu".

Politoloq qeyd edib ki, uzun müddət Ermənistanı dəstəkləyən dairələr, eləcə də son 5 ildə Ermənistan daxilindəki revanşist qüvvələr bu məsələ üzərindən manipulyasiyalar aparmaq və onu gündəmdə saxlamaq istəyirdilər:

"Lakin artıq bu cəhdlərə də son qoyuldu. Bu, həqiqətən də tarixi bir hadisədir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 23:06
02 sentyabr 2025, 21:56
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top