"Bildiyiniz kimi, taksi sürücülərinin bir çoxu lisenziya almaq üçün Bakı Nəqliyyat Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan imtahanlara cəlb olunur. Onlar xüsusi kurslar keçərək sertifikat almalı və yalnız bundan sonra taksi xidməti göstərməyə icazə əldə edirlər".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynov deyib.
O, bildirib ki, bəzi hallarda isə sertifikatı olmayan sürücülər faktiki olaraq taksi xidməti göstərirlər:
"Bunun nəticəsində, digər hüquqi sənədi olan şəxslərin sertifikatlarından istifadə olunur və sistemdə həmin şəxslərin maşın nömrəsi, nəqliyyat vasitəsi tipi, adı və soyadı görünür. Amma əslində xidməti fərqli sürücü yerinə yetirir".
Ekspert bildirib ki, problemin yeganə həlli yolu odur ki, taksi xidməti göstərən bütün fiziki şəxslər sertifikasiyadan keçməli, öz nəqliyyat vasitələrini bəyan etməli və başqasının sənədlərindən istifadə etməməlidirlər:
"Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bəzi insanlar ailə büdcəsini və ya dolanışığını təmin etmək üçün taksi sürməklə məşğuldurlar. Onların bu imkanlarını tamamilə məhdudlaşdırmaq, irimiqyaslı sanksiyalar tətbiq etmək xidməti göstərənlərin sayını əhəmiyyətli dərəcədə azalda bilər".
Onun sözlərinə görə, qanunvericilik həm insanların ehtiyaclarını təmin etməli, həm də başqalarının hüquqlarını pozmamalıdır:
"Bəzi hallarda insanlar ehtiyacdan başqasının sənədlərindən istifadə edərək xidməti yerinə yetirirlər, lakin bu problem düzgün qaydalar və sertifikasiyadan keçmə mexanizmi ilə həll edilə bilər".
Əfsanə Kamal
Demokrat.az