Jerar Depardye cinsi zorakılıq ittihamı ilə hakim qarşısına çıxacaq

DÜNYA 02 sentyabr 2025, 20:14
Fransalı aktyor Jerar Depardye cinsi zorakılıq ittihamı ilə Paris Cinayət Məhkəməsində hakim qarşısına çıxacaq.

Oxu.Az bu barədə AFP agentliyinə istinadla xəbər verir.

Məlumata görə, aktrisa və rəqqasə Şarlotta Arno 2018-ci ildə Depardye tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib və bununla bağlı cinayət işinin məhkəməyə çıxarılmasına nail olub.

O, 2018-ci ilin yayında Fransanın cənubundakı jandarmeriyaya ərizə ilə müraciət edərək bildirib ki, iki dəfə - avqustun 7-də və 13-də Parisdə Depardyenin evində cinsi zorakılığa məruz qalıb.

Jerar Depardye isə münasibətlərin razılıq əsasında olduğunu iddia edərək ittihamları rədd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 23:06
02 sentyabr 2025, 21:56
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top