Yaşıl çay və B3 vitamini BU XƏSTƏLİK riskini azalda bilər

MARAQLI 02 sentyabr 2025, 22:56
Alimlər müəyyən ediblər ki, yaşıl çay və B3 vitamininin birləşməsi beyinin zərərli zülallardan təmizlənməsinə kömək edə və “Altsheymer” xəstəliyi riskini azalda bilər.

Bizim.Media xəbər verir ki, “GeroScience” jurnalında dərc olunan araşdırma göstərib ki, epigallokatexinqallat (yaşıl çayın tərkibindəki antioksidant) ilə nikotinamid (B3 vitamininin bir forması) birlikdə beyin hüceyrələrində enerjini bərpa edir. Bu enerji isə “Altsheymer” xəstəliyinin əsas əlamətlərindən biri sayılan zülal yığıntılarının aradan qaldırılması üçün vacibdir.

Təcrübələr xəstəlik əlamətləri olan yaşlı siçanların sinir hüceyrələrində aparılıb. Hüceyrələr bu birləşmələrlə müalicə edildikdən 24 saat sonra əsas enerji molekulu olan GTP-nin səviyyəsi gənc hüceyrələr üçün xarakterik göstəricilərə qayıdıb. Bu isə hüceyrələrin zərərli zülalları və köhnə komponentləri daha aktiv şəkildə təmizləməsinə kömək edib.
 
Qeyd edək ki, “Altsheymer” xəstəliyi beyində toksik zülallar - amiloid və taunun toplanması nəticəsində yaranır. Onlar lövhələr və dolaşıqlar əmələ gətirərək neyronların siqnalları ötürməsinə mane olur. Zamanla bu, hüceyrələrin məhvinə və yaddaş, nitq, həmçinin özünə qulluq qabiliyyətinin itirilməsinə gətirib çıxarır.
Tədqiqatçılar hesab edirlər ki, qida əlavələri və ya qidalanma vasitəsilə qəbul edilə bilən təbii birləşmələrdən istifadə yaşla bağlı idrak funksiyalarının zəifləməsinin qarşısının alınmasına və “Altsheymer” xəstəliyinə qarşı mübarizədə yeni üsul ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, xəstəliyin erkən diaqnostikası son dərəcə vacibdir, çünki müasir müalicə üsulları onun inkişafını ləngidə və simptomlarını yüngülləşdirə bilər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2025, 00:01
02 sentyabr 2025, 23:06
02 sentyabr 2025, 21:56
02 sentyabr 2025, 20:40
Top