
Çinli alimlər kosmosda işləyə bilən paltaryuyan maşın hazırlayıblar.
Bu barədə “South China Morning Post” məlumat yayıb.
Bildirilir ki, maşın, yuyucu toz əvəzinə ozondan istifadə edərək kosmonavtların özləri ilə 60% daha az paltar aparmasına imkan verəcək, xəbər verir.
Çinin “Space Science” elmi jurnalında dərc edilən məqalədə bildirilir ki, hazırda kosmonavtlar kosmosda paltar yuya bilmirlər. Onlar paltarları yük kapsulalarına yığırlar və daha sonra paltarlar atmosferdə yanır.
"Maşın 800 qrama qədər paltar yumaq üçün bir dəfəyə cəmi 400 millilitr su istifadə edir. Su ultrasəs atomizasiyasından istifadə etməklə ultra incə duman kimi istifadə olunur", - məqalədə deyilir.(APA)