Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
02 sentyabr 2025-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində keçirilən vətəndaş qəbulunda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Rafael Hüseynov, YAP Hacıqabul Rayon təşkilatının sədri İsmayıl İbrahimov, aparatın məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və bir qrup rayon sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.
Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilmiş, qaldırdıqları bəzi məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulmuşdur.