2025-ci ilin əvvəlindən yeni komissiyanın formalaşmasından sonra Brüsseldə Avropa İttifaqı - Azərbaycan münasibətlərində canlanma müşahidə olunur.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, azərbaycanlı nazirlərin Brüsselə səfəri istiqamətində danışıqlar dialoqu xeyli canlandırıb:
"Azərbaycan artıq 2020-ci ilin sonundan etibarən Avropa bazarına qaz təchizatına başlayıb. Bu gün Azərbaycan boru kəməri ilə çatdırılan qazın həcminə görə dünyada lider ölkədir. Biz 14 ölkəyə qaz ixrac edirik, onlardan 12-si Avropa, 8-i isə Avropa İttifaqına üzv ölkədir. Eyni zamanda, "yaşıl enerji" sahəsində də ciddi işlər görürük".