YapiKredi Müraciət Forması
Xarici siyasət

"Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir"

Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq! Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir və iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsinə sadiqdir.

Milli Gününüz mübarək!" – paylaşımda qeyd olunub.

B
Qeyd edilməyib