Tiktoker Xosrov həbs olundu

KRİMİNAL 02 sentyabr 2025, 21:56

Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Xosrov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

O, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib. Avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib. 

Məhkəmənin qərarı ilə Xosrov inzibati qaydada həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 23:06
02 sentyabr 2025, 21:56
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top