Gənclər arasında söz davası qanla bitdi: Məhkəmə gənci bağışladı

KRİMİNAL 01 sentyabr 2025, 20:32
Bərdə rayonunda 21 yaşlı oğlan həmyerlisi və tanışına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 7-də rayonun Lənbəran kəndində baş verib. 2004-cü il təvəllüdlü Əli həmin gün saat 16:30-da Lənbəran Səxavətlə mübahisə edib. 

Onların arasında şəxsi münasibətlər zəmində yaranmış münaqişə dava-dalaşa çevrilib. Bu zaman təqsirləndirilən şəxs təpiklə bir dəfə zərərçəkmiş şəxsin kürək nahiyəsindən qəsdən vuraraq onu yerə yıxıb. Bu vaxt zərərçəkənin üz nahiyəsi yerdə olan daşa dəyib və o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, aprelin 7-də Lənbəran kəndində olan zaman zərərçəkmiş şəxs və şahidin söhbət etdiklərini görüb, onlara yaxınlaşıb: “Zərərçəkmiş şəxs əvvəllər mənim ünvanıma kobud sözlər dediyini eşitdim. Bu barədə ona irad bildirdim. Lakin, zərərçəkmiş şəxs ünvanıma kobud sözlər demədiyini bildirdi. Zərərçəkmiş şəxsə qarşı əsəbi olduğumdan onun kürək nahiyəsindən vurdum. Bunun  üçün yerə yıxıldı və üz nahiyəsi yerdə olan daşa dəydi. Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət aldığını gördüm və onunla dava-dalaşa davam etmədim. Həmin yerdən uzaqlaşdım. Törətdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş şəxsin sözlərinə görə, Lənbəran kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur: “Hadisə günü saat 16:30-da həmkəndlimlə yaşadığım söhbət edən zaman təqsirləndirilən şəxs bizə yaxınlaşdı. O, ayrı-ayrı şəxslərin yanında onun ünvanına kobud ifadələr işlətdiyimi bildirdi. Lakin, mən ona “sənin barəndə heç kimə, heç bir söz deməmişəm, kim sənə bunu deyirsə, yalan deyir” sözlərini dedim. Buna baxmayaraq  təqsirləndirilən şəxs qəfil təpiklə kürək nahiyəmdən bir dəfə vurduğu üçün yerə yıxıldım və üz nahiyyəm yerdə olan daşa dəydi, sifət nahiyəmdən xəsarət aldım. Yerə yıxıldığımı görən təqsirləndirilən şəxs davanı davam etməyərək həmin yerdən uzaqlaşdı”.

Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ona qarşı şikayətini geri götürməsini nəzərə alıb. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 22:10
01 sentyabr 2025, 21:44
Top