Lavrov: ŞƏT görüşünün iştirakçıları ölkələrinin maraqlarını müdafiə edirlər

DÜNYA 01 sentyabr 2025, 20:47

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tiencində keçirilən ŞƏT və ŞƏT+ sammitlərinin əsas nəticəsini görüş iştirakçılarının öz milli maraqlarını müdafiə etməyə hazır olması kimi qiymətləndirib.

Bu barədə Rusiya xarici işlər naziri VQTRK-nın jurnalisti Pavel Zarubinin suallarını cavablandırarkən bildirib.

"Bu, təxribatlara boyun əymədən, hüquqlarını beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və vaxtilə Qərbin özünün təbliğ etdiyi beynəlxalq valyuta-maliyyə ticarəti sisteminin prinsiplərinə tam uyğun olaraq müdafiə edərək göstərilən qətiyyətdir, İştirakçıların qanuni maraqlarının müdafiəsinə yönəlmiş qətiyyətdir", - o deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 22:10
01 sentyabr 2025, 21:44
Top