Tokayev: "Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır"

DÜNYA 01 sentyabr 2025, 21:30
"Xəzər dənizinin suyunun azalması ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır".

Oxu.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyib.

"Diqqətinizi çox incə, lakin ciddi bir məsələyə yönəltmək istərdim. Bu, Xəzər dənizi ətrafındakı acınacaqlı vəziyyətdir. Vəziyyət ekoloji fəlakətə yaxınlaşır", - deyə o vurğulayıb.

Bununla əlaqədar Tokayev Astanada ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib.

O hesab edir ki, problem təşkilat daxilində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 22:10
01 sentyabr 2025, 21:44
Top