Dilarə Əliyeva qayınatasını belə təbrik etdi — FOTOLAR

ŞOU-BİZNES 01 sentyabr 2025, 20:14

Əməkdar artist Dilarə Əliyeva qayınatası, Xalq artisti Vidadi Əliyevlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa aktyorun arxiv fotolarını paylaşaraq, onu ad günü münasibəti ilə təbrik edib:

"80 il ömür, 80 il zəhmət, fədakarlıq, mərhəmət... Hər addımında bizə örnək oldunuz, hər çətinlikdə gücünüzü bizə verdiniz. Sizin sayənizdə öyrəndik ki, ailə ən böyük dəyərdir, insanı ucaldan onun əməli və vicdanıdır. Hər kəsin arxasında dayanacaq bir dağ axtardığı yerdə, bizim dağımız, kölgəmiz, dayağımız siz oldunuz.

Sizə uzun ömür, möhkəm can sağlığı və hüzurla dolu illər arzulayıram. Qoy qarşınızdakı bütün yollar nurlu, evimiz isə hər zaman sizin müdrik sözlərinizlə işıqlansın.

Sizi çox sevirik, əziz atamız! Doğum gününüz mübarək".

Qeyd edək ki, bu gün V.Əliyevin 80 illik yubileyidir. D.Əliyeva V.Əliyevin oğlu Oqtay Əliyevlə ailəli olub. O.Əliyev 2023-cü il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 22:10
01 sentyabr 2025, 21:44
Top