“Minsk Prosesi artıq keçmişdə qalıb, Azərbaycan diplomatik üstünlük qazanır”

GÜNDƏM 01 sentyabr 2025, 19:08
“ATƏT Nazirlər Şurasının Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması qərarı regionda yeni siyasi reallıqların formalaşmasını göstərir. Uzun illər davam edən danışıqlar prosesi və vasitəçilik mexanizmləri müəyyən nəticələr əldə edə bilməmişdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

O bildirib ki, Azərbaycan bu qərarla öz mövqeyini təsdiqləmiş olur:

“Regiondakı münaqişələrin həlli prosesində daha aktiv rol oynamağa imkan qazanır. Bu qərar Azərbaycan üçün həm strateji, həm də diplomatik perspektivlər yaradır. Minsk Prosesi artıq keçmişdə qalmış bir mexanizm kimi qiymətləndirilir və Azərbaycan üçün yeni platformalarda öz maraqlarını qorumaq, regionda dayanıqlı sabitlik yaratmaq şansı yaranır. Qərarın qəbulu Azərbaycan diplomatiyasının düzgün siyasət yürütməsi və beynəlxalq əlaqələrdə balanslı mövqe tutmasının nəticəsi kimi dəyərləndirilə bilər. Bu, Azərbaycanın beynəlxalq müstəvidə təsirini artıran, həmçinin regionda sülh və sabitlik üçün əlverişli şərait yaradan bir addımdır. Azərbaycanın maraqları nəzərə alınaraq verilən bu qərar, həm də gələcəkdə diplomatik təşəbbüslərin daha çevik və məqsədyönlü həyata keçirilməsinə zəmin hazırlayır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top