
Aparıcı Tarix Əliyev (Tolik) bəzi həmkarlarını tənqid edib.
Axşam.az xəbər verir ki, Tolik bir çox aparıcının reytinq vermədiyini vurğulayıb:
"Bu fikirlərim bəlkə də hamının xoşuna gəlməyəcək. Amma bəzi aparıcılara doğrudan da heyifslənirəm. Demirəm ki, onlardan daha təlabatlıyam. Amma 10 ildir efirdəyəm, aparıcılıq edirəm. İllərlə televiziyada görünən, özlərini "peşəkar" hesab edən aparıcılar bu gün nə vəziyyətdədirlər? 3-4 aydan artıq kanalda qala bilmirlər. Reytinq gətirmirlər, sponsor tapmırlar. Kanal da məcbur olub onları işdən çıxarır. Guya jurnalistika üzrə oxuyublar. Bəziləri aktyordur. Amma nəticə nədir? Bir yerdə cəmi 5 ay işləyib oradan da çıxarılırlar. Sonra başqa kanala qaçırlar. Oradan da başqa yerə. Bu, artıq peşəkarlıq deyil, təsadüfi efir adamı olmaqdır. Kənardan baxanda da çox bəsit və qəribə görünür".