Salyan şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turniri başa çatdı — FOTOLAR

SOSİAL 01 sentyabr 2025, 17:22
31 avqust 2025-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və Salyan şəhər bələdiyyəsinin birgə təşkilatçılığı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Salyan şəhər 20 Yanvar küçəsində yerləşən Dəmiryolçu stadionunda Salyan şəhidlərinin xatirəsinə həsr olunmuş futbol idman növü üzrə rayon birinciliyinin final oyunu keçirilmişdir. 

Demokrat.az xəbər verir ki, final oyunu öncəsi Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsi şəhidi Balıyev Hüseynağanın övladının topa  rəmzi zərbə vurması ilə birinciliyin final oyununa start verilib.

Final oyununda Kürsəngi və Noxudlu komandaları qarşılaşıb. Final oyununda Kürsəngi komandası Noxudlu komandasına 3:1 hesablı nəticə ilə qalib gələrək birinciliyin qalibi olub.

Sonda I və II yeri tutmuş komandaların üzvləri və fərqlənmiş futbolçular diplom, kubok və medallarla təltif ediliblər.













 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top