Lənkəranda 1500-dən çox abonentin qazı KƏSİLƏCƏK

SOSİAL 18 oktyabr 2025, 08:30
Lənkəran rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Ələt–Astara–İran İslam Respublikası Dövlət sərhədi (M3) avtomobil yolu üzərində yerləşən iki ədəd körpünün yenidən qurulması ilə bağlı olaraq, yolun 197-ci kilometrində Girdəni çayı üzərində tikiləcək yeni körpünün inşası məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Göyşaban və Ürgə kəndləri, həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində ümumilikdə 1550 abonentin qaz təchizatının 20.10.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qurumdan əlavə olunub ki, qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top