Taksi xidməti bahalaşdı: Yaxın məsafa bu qiymətə olacaq

GÜNDƏM 01 sentyabr 2025, 16:19
Qiymətlərin formalaşması tələb və təklif prinsiplərinə əsaslanır".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspert bildirib ki, operatorlar minimum qiymətlərdə hər hansı dəyişiklik etməyiblər:

"Bununla belə, minimum qiymətlər günün müxtəlif saatlarında və ərazilər üzrə dəyişən tələb və təklifə uyğun olaraq avtomatik şəkildə tənzimlənir. Beləliklə, qiymətlər həm bazar şərtlərini əks etdirir, həm də sərnişinlər və xidmət təminatçıları üçün optimal balans təmin olunur".

Qeyd edək ki, Bakıda taksi xidmətlərində gedişhaqqının artırılması, əvvəllər minimum 2.50 manata başa gələn yaxın məsafəli marşrutların indi ən azı 3.40–4.00 manata təklif olunması müzakirələrə səbəb olub.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top