"​​​İxrac gəlirləri daxili bazarda məhsul bolluğunu artırır" — Ucuzlaşma OLACAQ

GÜNDƏM 01 sentyabr 2025, 16:41
“Bu ilin yanvar-iyul aylarında aqrar məhsulların ixracının 27,9% artması Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafını göstərir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.  

O qeyd edib ki, aqrar-sənaye məhsullarının ixracı da 7,3% artaraq ümumi ixracı 730,2 milyon ABŞ dollarına çatdırıb:

“İxrac gəlirlərinin artması fermerlərin əlavə investisiya imkanlarını artırır və istehsalın genişlənməsinə təkan verir. Artan istehsal daxili bazara daha çox məhsul gətirir və bu isə ucuzlaşmanı stimullaşdırır. Kənd təsərrüfatında texnoloji modernləşmə və düzgün planlaşdırma uzunmüddətli perspektivdə məhsul bolluğunu təmin edir. Mövsümi faktorlar da ucuzlaşmaya təsir göstərir. Yay və payızda məhsul bolluğu qiymətlərin düşməsinə şərait yaradır. Dövlətin dəstəyi ilə fermerlərin investisiya imkanlarının genişləndirilməsi ucuzlaşmanın davamlı olmasına kömək edir. İxracın artımı həm xarici bazarda, həm də daxili bazarda Azərbaycan kənd təsərrüfatının rəqabət qabiliyyətini gücləndirir. Uzun müddətli perspektivdə məhsul bolluğu və ucuzlaşma vətəndaşların əlçatanlığını artıracaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top