"Gömrük Komitəsi ayrıca qurum kimi fəaliyyət göstərməlidir"
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, dünyanın əksər ölkələrində gömrük xidməti ayrıca struktur kimi fəaliyyət göstərir:

“İqtisadi qurum olsa da, onun spesifik vəzifələri var. O, təkcə ölkəyə gələn malların qeydiyyatını aparmaq və gömrük rüsumu toplamaqla məşğul olmur. Eyni zamanda qaçaqmalçılığın, narkotik daşınmasının, qanunsuz silah alverinin də qarşısının alınmasında ciddi rol oynayır. Yəni onun qarşısında duran vəzifələr bu qurumun ayrıca struktur kimi fəaliyyət göstərməsini vacib edir”.
Qeyd edək ki, tanınmış iqtisadçı Natiq Cəfərli Azərbaycanda bir sıra dövlət qurumlarının, o cümlədən AQTA və Dövlət Gömrük Komitəsinin ləğv edilməsini təklif edib. İqtisadçı Gömrük Komitəsinin ayrıca qurum kimi saxlanılmasının vacibliyini dünya təcrübəsi ilə əsaslandırıb: “Dünyanın çox az ölkəsində ayrıca gömrük orqanları var”, – deyə o bildirib.
Cavidan Mirzəzadə
Demokrat.az