“İnsanlar çox vaxt fikir söyləyəndə reallıqları, günün tələblərini nəzərə almırlar. Deyirlər filan qurum ləğv olunmalıdır, filan komitəyə ehtiyac yoxdur. Ancaq bütün bunlar araşdırılır. Vaxtı gələndə əgər hansısa agentlik və ya komitə öz fəaliyyətini düzgün qura bilmirsə, yaxud əhəmiyyətini itiribsə, onun birləşdirilməsi və ya ləğvi həyata keçirilir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. O, nazirliklərdən ayrı fəaliyyət göstərən qurumların ləğv edilməsinin doğru olmadığını vurğulayıb:
“Bəzən deyirlər ki, İcra Hakimiyyətləri ləğv olunsun, onların səlahiyyətləri bələdiyyələrə verilsin. Amma sual yaranır: bələdiyyələr bu funksiyaları icra edə bilərmi? Bilirsiniz, fikir söyləmək asandır, amma onun arxasında həll və yol göstərmək dayanmalıdır. Bəs bu qurumlarda çalışan insanlar? Bir tərəfdən deyirlər, iş yerləri açılmalıdır, digər tərəfdən isə qurumların ləğvi təklif olunur. O zaman bu insanların taleyi necə olacaq? Onlar harada işləməlidirlər?”
Cavidan Mirzəzadə
Demokrat.az