Aparıcı Mətanət Əliverdiyeva bu dəfə tamaşaçılarını fərqli ifası ilə təəccübləndirib.
Milli.Az xəbər verir ki, o, öz verilişində səhnəyə çıxaraq əlinə qaval götürüb.
Əvvəlcə sözləri İslam Səfərliyə, musiqisi isə görkəmli bəstəkar Səid Rüstəmova məxsus olan sevilən "Bilmədi" mahnısını ifa edib.
Daha sonra isə muğam oxuyaraq səsi və ifa tərzi ilə proqram izləyicilərindən alqış qazanıb.
Qeyd edək ki, Mətanət Əliverdiyeva verilişlərində maraqlı addımları ilə diqqət çəkir. Bu dəfə də onun həm mahnıya, həm də muğama müraciəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.