“Açıq şəkildə vurğulandı ki, Azərbaycanın ŞƏT-ə üzvlük müraciətinə veto qoyan məhz Hindistandır. Bu məsələ Pakistanın Baş naziri ilə görüşdə İlham Əliyev tərəfindən xüsusən qeyd olundu. Eyni zamanda bildirildi ki, bu cür vetolar Azərbaycan-Pakistan münasibətlərinə mənfi təsir göstərə bilməz. Çünki iki ölkə arasında münasibətlər qardaşlıq prinsiplərinə söykənir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. O bildirib ki, Hindistan Azərbaycan-Pakistan münasibətləri üzərindən çıxış edərək Azərbaycandan bir növ qisas almağa çalışır:

“Amma reallıq ondan ibarətdir ki, Hindistanla Ermənistan arasında münasibətlər kifayət qədər dərindir. Xüsusən hərbi sahədə bu əməkdaşlıq genişlənməkdədir. Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətləri Hindistanın Baş naziri Narendra Modi tərəfindən mənfi dəyərləndirildiyi üçün Azərbaycana qarşı belə soyuq münasibət bəsləyirlər.
Azərbaycanla Hindistan arasında iqtisadi əlaqələr mövcuddur. Bir neçə il əvvəl iki ölkə arasında ticarət dövriyyəsi 1 milyardı ötmüşdü. Azərbaycan Hindistana əsasən neft ixrac edir, Hindistan isə Azərbaycana kənd təsərrüfatı malları və elektrik avadanlıqları satır. Lakin təəssüf ki, Modi iki ölkə arasında münasibətləri daha çox Azərbaycan-Pakistan əlaqələri kontekstində dəyərləndirməyə üstünlük verir”.
Cavidan Mirzəzadə
Demokrat.az