“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi çox vacib və strateji əhəmiyyətli məsələlərə toxunub. O, Azərbaycanın Birləşmiş Ştatlarla münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti, eyni zamanda Ermənistan-Azərbaycan, Rusiya-Azərbaycan və İran-Azərbaycan münasibətləri ilə bağlı mühüm mesajlar verdi”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki,xüsuilə İranla bağlı vurğulanan məqamlar diqqətəlayiq idi:
“Prezident bildirdi ki, Azərbaycan bütün qonşu və tərəfdaş dövlətlərlə münasibətlərin inkişafında maraqlıdır. Amma bu münasibətlər qarşılıqlı hörmət və bərabər əsaslara dayanmalıdır. Azərbaycanın prinsipi aydındır. Hər bir ölkəyə qarşı hörmətlə yanaşırıq və eyni münasibəti də özümüzə qarşı gözləyirik. Əgər hər hansı bir ölkə Azərbaycana qarşı təxribat və ya ədalətsiz davranış sərgiləyərsə, Azərbaycan buna layiqli və sərt cavab verəcək. Bu, dövlətimizin xarici siyasətində əsas prinsipdir. Hazırda Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginliyin əsas səbəbi məhz Rusiyanın son dövrlərdəki addımlarıdır. Digər tərəfdən, İranla münasibətlərdə də Azərbaycanın təşəbbüsləri və diplomatik səyləri sayəsində müsbət dinamika müşahidə olunur. Ən önəmli məqamlardan biri isə, Prezidentin də vurğuladığı kimi, Azərbaycanın Türk Dövlətləri Təşkilatında fəal rolu və bu istiqamətdə atdığı ardıcıl addımlardır. Bu əməkdaşlıq platforması ölkəmizin regional və qlobal səviyyədə nüfuzunu daha da artırır. Prezidentin açıqlamaları bir daha göstərdi ki, Azərbaycan uğurlu, prinsipial və balanslı xarici siyasət kursunu davam etdirir. Bu siyasət həm milli maraqlarımızı qoruyur, həm də ölkəmizə yeni imkanlar qazandırır”.
Leyla Turan
Demokrat.az