"2000-ci illərin əvvəllərinə qədər Azərbaycanda bəzi tikinti şirkətləri inşa etdikləri binalarda müəyyən nöqsanlara yol verə bilirdilər. Lakin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasından sonra və Nazirliyin nəzarətində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən inşa olunan bütün çoxmərtəbəli yaşayış binaları mərhələ-mərhələ və hər mərtəbədə keyfiyyət yoxlamasından keçirilir".
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, bildirib ki, binada istifadə olunan armaturların sayı, keyfiyyəti, beton markası işçi layihəsinə uyğun deyilsə, həmin inşaat işləri dərhal dayandırılır:
"Xüsusilə Abşeron, Xırdalan və ətraf ərazilərdə bir zamanlar inşa olunmuş bəzi çoxmərtəbəli binalar uzun müddət tikildiyi üçün dam örtüyünün tamamlanması və digər işlər gecikmiş, nəticədə yağış və qarın təsiri bəzi mənfi nəticələrə səbəb olmuşdur. Lakin əgər binanın orta mərtəbələrinin daşıyıcı sütunları keyfiyyətlidirsə, bu, binanın ümumi dayanıqlığını təmin edir".
Onun sözlərinə görə, baş verən hadisələr yalnız müəyyən mərtəbəyə aid olsa da, binanın nüfuzuna və imicinə mənfi təsir göstərir və sakinlərdə ciddi narahatçılıq yaradır:
"Bu səbəbdən hazırda yeni binaların tikintisi zamanı işçi layihəsi hazırlanır, layihədə istifadə olunacaq bütün tikinti materiallarının keyfiyyəti və markası qeyd olunur və tikinti şirkətləri yalnız həmin materiallardan istifadə etməyə məsuliyyət daşıyır".
Ekspertin sözlərinə görə, əvvəlki illərdə bəzi bina rəhbərlərinin həbs olunması faktları göstərir ki, tikinti zamanı nöqsanlar, uzun müddət dam ölçüksüz qalması və digər səbəblər son mərtəbənin betonunun keyfiyyətinə mənfi təsir göstərib:
"Hazırda isə tikinti şirkətlərinin sayı azalıb və bazarda qalan şirkətlər maksimum səylə keyfiyyətli binalar inşa etməyə çalışırlar".
Qeyd edək ki, Xırdalanda ‘Çinar AN’ MTK-nın inşa etdiyi binada baş verən betonun ovulması hadisəsi sakinlərdə ciddi narahatlıq yaradıb.
Əfsanə Kamal
Demokrat.az