Bakının Nizami rayonunda 8 il əvvəl tanışını bıçaqlamaqda ittiham olunan 1992-ci il təvəllüdlü Fərid Rüstəmovun mühakiməsi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 18 oktyabr 2017-ci ildə baş verib. Naxçıvan sakini Fərid həmin gün saat 21 radələrində “Lyuks” adlı kafedə olan kupedə tanışları Ruslan və Tofiq ilə birlikdə masa arxasında əyləşərək yemək yeyib, spirtli içki qəbul edib.
Daha sonra söhbət zamanı təqsirləndirilən şəxs ortaq tanışlarının barəsində xoşagəlməz ifadələr işlətməsinə görə Ruslanla aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş verib. Bu mübahisə zamanı Ruslan masanın üzərindən götürdüyü araq butulkası ilə təqsirləndirilən şəxsin başından vurub. Fərid isə masanın üzərində olan bıçağı götürüb və Ruslanın qarın nahiyəsindən bir dəfə vurub.
Təqsirləndirilən şəxs uzun müddət mühakimə olunması mümkün olmayıb. Buna səbəb isə onun istintaqdan yayınması olub. O, 2024-cü ildə məsuliyyətə cəlb olunub.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rüstəmov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ibtidai istintaq zamanı ifadə verib və həmin ifadəsini təsdiq edir: “Hadisə günü kafedə oturan vaxt Tofiq adlı ümumi tanışlarımız da oraya gəlməli oldu. Sonuncu ilə danışmadığım üçün onun gəlməsinə etiraz etdim. Bundan sonra Ruslan orada olan butulka ilə məni vurdu. Mən də özümdən getdim. Təxminən 10 saniyədən sonra özümə gəldim və stolun üstündə olan bıçaqla Ruslanı vurdum. Orada olan şəxslər səs-küy saldı və Ruslanı götürərək xəstəxanaya apardılar. Mən isə başım qanadığı üçün evə getdim”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisənin səhəri gün Rusiya Federasiyasına gedib. Onun sözlərinə görə, 5-6 il sonra qayıdan zaman gömrükdə saxlanılıb və məhkəmə tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Hadisə zamanı birinci Ruslan butulka ilə məni, daha sonra isə mən onu bıçaqla vurdum. Tofiq bizim ortaq dostumuz olub. Ruslanı stolun üstündə olan meyvə bıçağı ilə vurmuşam. Səhəri günü Rusiyaya getmişəm. Təxminən 5 ildən sonra mən polis tərəfindən çağırıldım, barəmdə cinayət işi olduğu bildirildi. Əməlimdən peşman olmuşam. Bu gün də aramızda dostluq münasibətlərinin davam edir”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az