Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən MƏHDUDLAŞDIRILACAQ

GÜNDƏM 02 sentyabr 2025, 19:50
Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar 2 sentyabr saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Məlumata görə, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 23:06
02 sentyabr 2025, 21:56
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top